Suriyanın hökumət qüvvələri reydlərini davam etdirir (Yenilənib)

Suriyanın hökumət qüvvələri reydlərini davam etdirir (Yenilənib)

Suriyanın insan haqları fəallarının bildirdiyinə görə, sahil Lakatiya şəhərində hökumət qüvvələri tərəfindən artıq üç gündür zorakılıqlar davam edir və bu gün də iki nəfər qətlə yetirilib. Eyni zamanda mərkəzi Homs vilayətində də hökumət qüvvələrinin reydlər keçirdiyi bildirilir. Şahidlər Lakatiyanın bir neçə məhəlləsində tanklardan atəş açıldığını və sakinlərin şəhəri tərk etdiklərini deyirlər.

Keçən şənbə və bazar günləri hökumət qüvvələrinin dənizdən, tanklardan avtomatlardan Lakatiya şəhərini atəşə tutması nəticəsində azı 30 nəfərin öldüyü bildirilir.