Suriyanın təhlükəsizlik qüvvələri dəfn mərasiminə toplaşanları atəşə tutub

  • Amerikanın səsi

Suriyanın təhlükəsizlik qüvvələri dəfn mərasiminə toplaşanları atəşə tutub

Suriyanın insan hüquqları müdafiəsi qrupunun bildirdiyinə görə, təhlükəsizlik qüvvələri nümayişlər zamanı öldürülənlərin dəfn mərasiminə toplaşanları atəşə tutub. Nəticədə iki nəfər öldürülüb. Hadisə Dəməşqin cənubda yerləşən Əl-Kasva şəhərində baş verib. İnsan hüquqlarının müşahidəsi qrupu şənbə günü ikisi uşaq olmaqla, öldürülən 20 nəfərin dəfn mərasiminin etiraz aksiyasına çevrildiyini deyir. Suriya prezidenti Bəşar Əl-Əsəd əleyhinə nümayişlər 100 gündən artıqdır davam edir. Minlərlə qaçqın Livan və Türkiyədə sığınacaq tapıb.