Suriyanın təhlükəsizlik qüvvələri dəfn mərasiminə toplaşan insanları atəşə tutub

  • Amerikanın səsi

Suriyanın təhlükəsizlik qüvvələri dəfn mərasiminə toplaşan insanları atəşə tutub

Suriya fəallarının bildirdiyinə görə, təhlükəsizlik qüvvələri paytaxt Dəməşqdə dəfn mərasiminə toplaşan insanları atəşə tutub. Şahidləri mərasimin bir gün öldürülən 3 adam üçün təşkil edildiyini deyir. Minlərlə adamın iştirak etdiyi mərasimdə hücum üç nəfərin ölümü, bir çox adamın yaralanmasına səbəb olub.

Çinin Suriyada səfərdə olan xarici işlər nazirinin müavini Zhai Jun tərəfləri zorakılıqları dayandırmağa çağırıb. Nazir müavini bunları prezident Bəşar Əl-Əsədlə görüşündən sonra deyib.

Cümə axşamı günü BMT-nin Baş Assambleyası Əsədin avtokrat hökumətini milki vətəndaşlara qarşı hücumların dayandırılmasına çağıran qətnamə qəbul edib.

Suriyada fevral ayının 26-da yeni konstitusiya ilə bağlı refendum keçiriləcək. Suriya hökuməti 1963-cü ildən hakimiyyətdə olan Bəs partiyasından əlavə siyasi partiyaların təşkilinə dair qanun layihəsini iyul ayında qəbul edib.