BMT: Suriyada atəşkəs üç gündür davam edir

BMT-nin baş katibi Pan Gi Mun bu gün bəzi insidentlərə baxmayaraq, üçüncü gündür Suriyada hərbi əməliyyatların dayadırıldığını bildirib. O, həmçinin, çoxmillətli monitorinq qrupunun zorakılıqların və döyüşlərin davam etməməsinə əmin olmaq üçün səylərini davam etdirdiyini deyib.

Fransanın xarici işlər naziri Jan Mars Ayro Suriyanın üsyançıların nəzarətində olan ərazilərinin bombardman edilməsinə dair təcili olaraq yığıncaq keçirilməsinə çağırıb.

Keçən həftənin şənbə günündən bəri başlayan atəşkəs zamanı hər iki tərəfin çox sayda pozuntulara yol verdiyi bildirilib.

Suriya üsyançılarının bügünkü məlumatında atəşkəs razılığından sonra kənd və şəhərlərin Əsəd qüvvələri tərəfindən 26 dəfə hücuma məruz qaldığı iddia edilir. Məlumatda deyilir ki, hücumlardan yeddisi aşağı səviyyədə uçan vertolyotların barrel bombalar atması ilə həyata keçirilib.