Accessibility links

ABŞ və Rusiyanın dəstəklədiyi atəşkəs razılığı müzakirə edilir


BMT diplomatları Təhlükəsizlik Şurasının Birləşmiş Ştatlarla Rusiyanın dəstəklədiyi Suriyada atəşkəs qətnaməsini nəzərdən keçirir. Birləşmiş ştatların dövlət katibi Con Kerri bunun müharibəyə son qoyulması üçün yeganə çıxış yolu olduğunu deyib.

"Alternativ ondan ibarətdir ki, müharibə daha da güclənə, Suriya tanmamilə məhv ola və ölkəni yenidən bərpa etmək mümkün olmaya bilər" deyə, cənab Kerri bildirib.

Suriyada döyüşən tərəflər atəşkəslə bağlı mövqelərini cümə günü bildirməlidir.

ABŞ və Rusiya atəşkəs barədə müzakirələri bu gün də davam etdirir. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiyanın heç bir alternativ planı olmadığını bir daha təkrar edib.

Suriya hökuməti bildirib ki, atəşkəs razılığında yer almayan İslam Dövləti və Əl-Qaidə qrupları ilə əlaqəsi olan terrorçulara qarşı hücumları davam etdirəcək.

Türkiyənin baş naziri Əhməd Davutoğlu isə Suriyadakı kürd döyüşçüləri və ya İslam Dövləti qrupu tərəfindən təhdid edilərsə, atəşkəs razılığında iştirak etməyəcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG