Suriya təhlükəsizlik qüvvələri basqıları davam etdirir

  • Amerikanın səsi

Suriya təhlükəsizlik qüvvələri basqıları davam etdirir

Suriya qüvvələri ölkənin iki regionunda keçirdiyi əməliyyatlar zamanı azı 10 nəfəri öldürüb. İnsan hüquqları fəalları və şahidlər ölüm hallarının Qusair şəhərində baş verdiyini deyiblər. Onlar ikinci reydin Türkiyə ilə sərhəddə, şimal-şərqi Saraqeb şəhərində baş verdiyini bildirirlər. Fəalların sözlərinə görə təhlükəsizlik qüvvələri evlərə reydlər edərək 70 nəfəri həbs ediblər. Prezident Bəşar əl-Əsədə qarşı beynəlxalq təyziqlərin artmasına baxmayaraq ölkədə basqılar etməkdədir. ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Ərdoğan Suriya vətəndaşlarının demokratiyaya keçid tələblərinin yerinə yetirilməsinin vacibliyinə dair razılığa gəliblər.