Suriyanın təhlükəsizlik qüvvələri Hama şəhərində nümayişçiləri atəşə tutub. 8 adamın həlak olduğu bildirilir.
İnsan huquqları təşkilatı Suriyanın Ərəb Liqasının müşahidəçiləridən gizlətmək məqsədi ilə məhbusların hərbi obyektlərə köçürüldüyünü bildirir. Media xəbərlərində isə prezident Bəşar əl-Əsədə qarşı nümayişlər zamanı həbs edilən 775 məhbusun azad edildiyi xəbər verilir.
Human Rights Watch Ərəb Liqasını cəza müəssisələrini ətraflı yoxlamağa çağırıb. Təşkilat bildirir ki, müşahidəçi qrupun üzvləri maneçiliklə üzləşdikdə öz etiraz səslərini ucaltmalıdırlar.
Suriyada zorakılıqlara son qoyulması missiyası ilə həmin ölkəyə səfər edən müşahidəçi qrupun rəhbəri sudanlı general Məhəmməd Dabinin bildirdiyinə görə, müşahidəçilər Həma, İdlib və Dəraa kimi əsas üç bölgəyə səfər edəcəklər. Dünən onlar təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi Homs şəhərində olublar.
Suriyanın Londonda yerləşən İnsan Hüquqları Müşahidəçiləri qrupu şəhərdə 70 min insanın iştirakı ilə aksiya keçirildiyini bildirib. Onlar Əsədin edamı çağırışı ilə şüarlar səsləndiriblər.
Dünən ABŞ Suriyada zorakılıqları pisləyərək, hökumətin əməllərinin Ərəb Liqası ilə razılığa zidd olduğunu deyib.
BMT mart ayından bəri Suriyada 5000-dən artıq insanın öldürüldüyünü bildirir.