Accessibility links

Suriyada təhlükəsizlik qüvvələrinin reydi zamanı 21 nəfərin həlak olduğu bildirilir (YENİLƏNİB)


In this image from amateur video made available by the Ugarit News group purports to show military vehicles in Homs, Syria, December 21, 2011.
In this image from amateur video made available by the Ugarit News group purports to show military vehicles in Homs, Syria, December 21, 2011.

Ərəb Liqasının müşahidəçi missiyayasının ilk qrupu Suriyaya səfər edir. Müşahidəçilər Liqanın missiya üzvlərinin işi üçün hazırlıqlar aparır.

Onlar Suriyanın hökumət əleyhinə nümayişçilər keçirən etirazçılara qarşı hücumları dayandırıb-dayandırmadığını araşdıracaq.

Bu inkişaflar Suriyada təhlükəsizlik qüvvələrinin müxalifətə qarşı təqibləri nəticəsində insan ölümü haqda məlumatlar verildiyi vaxt baş verir. Fəallar 21 nəfərin öldüyünü bildirir. Syriyada insan hüquqlarını monitorinq qrupu Amerikanın səsinə bildirib ki, Homs regionunda reydlər zamanı doqquz nəfər həlak olub. Qrupun bildirdyinə görə, ölkənin şimalında İdlib vilayətində iğtişaşlar zamanı iki adam həlak olub.

Ərəb Liqası Suriyada yüzlərlə müşahidəçi yerləşdirməyi nəzərdə tutur. Liqa Suriyanı təhlükəsizlik qüvvələrini geri çəkməyə və müxalifətlə danışıqlara başlamağa çağırır. Suriya ölkədə doqquz aydır hökumət əleyhinə nümayişlərin zorakı yolla dağıdılmasına son qoymaq üçün beynəlxalq təzyiqlərdən sonra müşahidəçilərin ölkəyə gəlişinə razı olmuşdu.

Suriya müxalifəti təhlükəsizlik qüvvələrinin bazar ertəsi günündən 250 adamı öldürdüyünü bildirir. Bu, mart ayında hökumət əleyhinə üsyan başlayandan ən çox insan tələfatının olduğu dövrdür.

Müxalifətdə olan Suriyanın Milli Şurası BMT Təhlükəsizlik Şurasını vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirməyə çağırıb.

XS
SM
MD
LG