ABŞ-ın Suriyaya qarşı mümkün hərbi əməliyyatları Suriya böhranında regional maraqlarla birbaşa əlaqədardır. Həm Suriya hökumətini müdafiə edən və həm də ona qarşı çıxan bu ölkələrin hökumətlərinin hansı reaksiya verə biləcəyi məsələsi diqqət mərkəzindədir.
Suriya prezidenti Bəşar Əl-Əsəd ABŞ-ın hərbi müdaxiləsinin regional müharibəyə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Bu təhlükələrdən biri elə Suriyada münaqişənin özündən ibarətdir.
Qahirədə Amerika iniversitetinin professoru Kristian Donah deyir ki, Səudiyyə Ərəbistanı kimi Əsəd əleyhdarlarından tutmuş onun İran kimi tərəfdarlarına qədər regional qüvvələr münaqişədən öz rəqibləri ilə mübarizədə istifadə edir:”Səudiyyəlilər Suriyaya iranlıları geri çəkmək üçün bir imkan kimi baxır. İranlılar Əsəd rejiminə qarşı üsyana Livanda Huzbullaha dəstək vermək üçün istifadə etdikləri dəhlizə təhlükə kimi baxır. İraqlılar iki yerə ayrılır, bəziləri Əsəd rejiminə dəstək verir, digər tərəfdən Suriya sərhəddən ölkəyə keçib döyüşən sünnilər var.”
Region ölkələri hazırda ABŞ-ın mümkün hücumunun əsas məqsədlərini müəyyən etməyə çalışır. Bu, kimyəvi silahlardan istifadə edildiyinə görə cəza xarakteri daşıyacaq məhdud bir hücum olacaq, yoxsa rejimin dəyişməsi ilə nəticələnəcək?
Mustafa Labbad Qahirədə Əl-Şərq Regional və Strateji Araşdırmalar mərkəzinin direktorudur. “İranlılar amerikalıların Bəşar Əl-Əsədə qarşı əməliyyatların miqyasına baxıb buna cavabı sonra müəyyən edəcək. Livanda bunu etmək üçün Hizbullah qrupu var. Amma o zaman İsrail də cəlb olunacaq. İsraillilər cəlb olunsa, İran da qatılacaq və ondan İsrail İrana qarşı raket hücumu həyata keçirə bilər.”
İsrailin İranla bağlı narahatlıqları Suriyada müharibə deyil, Tehranın nüvə proqramı ilə bağlıdır. Amerika universitetinin professoru Kristian Dona deyir ki, israillilər İrana qarşı hücum məsələsini artıq bir neçə müddətdir qaldırıb, lakin ABŞ bunun baş verməməsinə çalışıb. “Bir neçə ildir israillilər İrana qarşı hücumun mümkünlüyü məsələsini qaldırıblar və ABŞ administrasiyası onların qarşısını almağa çalışaraq, aydın bildirib ki, ABŞ diplomatik təşəbbüsləri davam etdirmək istəyir və fikrimcə, Amerika İsrailin İrana qarşı hücumuna imkan vermək məsələsinə olduqca, həddindən artıq ehtiyatla yanaşır.”
Siyasi təhlilçi Labbad İran və ABŞ arasında Omanın sultanı vasitəsilə danışıqlar aparıldığını deyir. Bunun məqsədi onun sözlərinə görə, İranı hücumların cənab Əsədin hakimiyyətdən devirmək məqsədi daşımadığına əmin etməkdən ibarətdir. “Əgər baxsaq, Səudiyyə Ərəbistanı və ABŞ arasında Bəşar Əl-Əsədə qarşı hansısa bir ölçü götürülməsi haqda razılığın olduğunu görə bilərik. Amma eyni zamanda ABŞ və İran arasında Amerikanın Bəşar Əl-Əsədi hakimiyyətdən salmaq niyyəti olmadığına dair razılığı da görmək mümkündür”-deyə o bildirir.
Təhlilçi Mustafa Labbad qeyri-müəyyənliyə baxmayaraq, region ölkələrinin ABŞ-ın məhdud hücumuna reaksiya məsələsi üzərində düşündüyünü deyir və belə olmasa qarışıqlığın baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Your browser doesn’t support HTML5