Suriya ordusu və Hizbullah yaraqlıları üsyançıların mövqelərinə hücum edib
Suriya ordusunun əsgərləri Hizbullah yaraqlılarının dəstəyi ilə Livanla sərhəddə başlıca şəhər olan Quseyrin nəzarətini ələ keçirmək üçün üsyançılara qarşı hücum həyata keçirib.
Müxalifət fəallarının bildirdiyinə görə, bu, Livanda mənzillənən Hizbullah qrupunun iştirak etdiyi ən ciddi döyüş olub.
Livanın Beqaa vadisindən 10 kilometr məsafədə yerləşən Quseyr şəhəri və onun ətrafında doqquz mövqedə Suriya ordusu və Hizbullah yaraqlıları ilə toqquşmada 32 üsyançının öldüyü bildirilir.
Fəalların verdiyi məlumata görə, Suriya ordusunun hərbi təyyarələri səhər şəhəri bombalayıb və minomyot atəşinə tutub.
Suriya-Livan sərhəddində yerləşən bu bölgə vətəndaş müharibəsi dövrü sünni və şiə kəndlər arasında bölünüb.