Suriya müxalifəti hökumət qüvvələrini çoxsaylı insanın qətlində günahlandırıb. Suriyanın Milli Koalisiyası prezident Bəşar Əl-Əsəd qüvvələrinin Bayda kəndində aralarında qadın və uşaq olmaqla, 150 adamı qətlə yetirdiyini və yandırdığını deyir.
Britaniyada yerləşən Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu azı 50 nəfərin öldürüldüyünün sənədləşdirildiyini bildirib. Lakin qrup insanların yoxa çıxmasına görə ölü sayının daha artıq olacağı barədə xəbərdarlıq verib.
Suriyanın Milli Şurası beynəlxalq ictimaiyyəti Əsədin dəhşətli cinayətlərini dayandırmağa çağırıb. Şura prezidenti müharibə cinayətləri və genosiddə günahlandırıb.
Dünən ABŞ-n müdafiə naziri Çak Heygel Obama administrasiyasının müxalif qüvvələri silahla təmin edilməsini nəzərdən keçirdiyini, lakin yekun qərarın hələ qəbul edilmədiyini deyib.