İsrailin müdafiə naziri deyib ki, İsraillə Türkiyə düşmən olmamalıdır

İsrailin müdafiə naziri deyib ki, İsraillə Türkiyə düşmən olmamalıdır

İsrailin müdafiə naziri Ehud Barak deyib ki, İsrailin keçən il Türkiyənin yardım gəmisinə hücumuna görə iki ölkə düşmən olmamalıdır. Müdafiə naziri İsrail radiosunda bu bəyanatla Türkiyənin İsraillə hərbi və ticarət əlaqələri və Aralıq dənizinin şərqində hərbi əməkdaşlığının kəsiləcəyini deməsindən sonra çıxış edib. Türkiyə eləcə də İsrailin 2010-cu ilin may ayında Qəzza Zolağına yardım aparan Mavi Mərmərə gəmisinə edilən hücuma görə İsrailin üzr istəməməsi üzündən keçən həftə İsrail səfirini ölkədən xaric edib.