Accessibility links

ABŞ Türkiyəni İsraillə münasibətləri düzəltməyə çağırır


Nümayişçilər İstanbulda İsrail bayrağını yandırırlar
Nümayişçilər İstanbulda İsrail bayrağını yandırırlar

ABŞ dövlət katibi Hillari Klinton Türkiyəni İsraillə münasibətləri sahmana salmağa çağırıb.

Klinton türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Nyu Yorkda BMT Baş Assambleyasının yığıncağı ərəfəsində görüşüb. O, Türkiyəni İsraillə "qapını açıq saxlamağa" çağırıb. ABŞ hər iki ölkənin uzun dönəmli müttəfiqidir.

İsrail kommandoları 2010-cu ilin may ayında Qəzza Zolağına istiqamət almış türk gəmisinə reyd keçirərək doqquz fəalı öldürdükdən bəri iki ölkə arasında münasibətlər pozulub.

Türkiyə reydə görə İsraildən üzr istəməyi və kompensasiya ödəməyi tələb edib. Israil bu tələbləri rədd edib.

Bu ayın əvvəlində Türkiyə İsrailin ölkədəki səfirini qovaraq bütün hərbi əlaqələri kəsib.

XS
SM
MD
LG