Rəy sorğusu: Rusiyada hakim partiyanın ictimai dayaqları zəifləyib

  • Asgar Asgarov

Rəy sorğusu: Rusiyada hakim partiyanın ictimai dayaqları zəifləyib

Rusiyanın ən iri sorğu təşkilatının apardığı tədqiqat göstərir ki, dekabrın 4-də Rusiyada keçiriləcək parlament seçkilərində baş nazir Vladimir Putinin rəhbərlik etdiyi hakim partiya nəhəng çoxluğu itirəcək.

Levada mərkəzinin apardığı rəy sorğusu göstərir ki, Vahid Rusiya partiyası parlamentdə 252-253 yer qazanacaq. 450 yerlik parlamentdə hakim partiya hazırda 315 yerə malikdir.

Hətta 28 yerlik üstünlüklə də qələbə çalacağı gözlənilən 4 mart prezident seçkilərindən sonra Vladimir Putin istədiyi ölçünü parlamentdən keçirə bilər. Amma konstitutsiyaya dəyişikliklər etmək üçün Putin başqa partiyaların dəstəyini qazanmağa çalışmalıdır.

Vahid Rusiya partiyasına dəstəyin azalması rus cəmiyyətinin uzun müddət hakimiyyətdə qalmış qüvvələrdən yorğunluğun əks etdirir. Ötən bazar günü Vladimir Putin əlbəyaxa döyüş matçından sonra çıxış edərkən tamaşaçılar tərəfindən fitə basılmışdı. Bu, isə Kreml siyasi texnoloqları arasında Putinin əfsanəvi imicinin tədricən solduğuna dair narahatlıqları artırıb.