Accessibility links

Rusiya Qərbin Irana tətbiq etdiyi yeni sanksiyaları pisləyib


Rusiya Qərbin Irana tətbiq etdiyi yeni sanksiyaları pisləyib
Rusiya Qərbin Irana tətbiq etdiyi yeni sanksiyaları pisləyib

İran və onun güclü müttəfiqi Rusiya Qərbin Tehranın neft-kimya və enerji sektorlarına yeni sanksiyalar tətbiq etməsini qeyri-qanuni və faydasız adlandıraraq sanksiyaları pisləyib. ABŞ, Kanada və Britaniya hər biri dünən İrana iqtisadi təyziqi artırmaq məqsədi ilə yeni addımlar atacaqlarını elan edib. İranın Xarici İşlər Nazirliyinin sözcüsü Ramin Mehmanparast bu gün bildirib ki, üç ölkə tərəfindən tətbiq edilən birtərəfli ölçülər təşviqat və psixoloji müharibə xarakteri daşıyır. O deyib ki, onlar ABŞ və Britaniyanın İranla ticarət və iqtisadi əlaqələrinin onsuzda kiçik olmasını demələrinin effektsiz olacağını görəcəklər. Bundan başqa Rusiya Xarici İşlər Nazirliyi sanksiyaların qeyri-məqbul və beynəlxalq qanuna zidd olduğunu deyib. Moskva və Pekin Tehrana qarşı cəza ölçülərinin davam edərək BMT Təhlükəsizlik Şurasında təstiq olunmasının qarşısını alıb.

XS
SM
MD
LG