Accessibility links

Sepah rəsmisi: Əvvəlcə Türkiyədəki Raket Hücumundan Müdafiə sistemi vurulacaq


Sepah rəsmisi: Əvvəlcə Türkiyədəki Raket Hücumundan Müdafiə sistemi vurulacaq
Sepah rəsmisi: Əvvəlcə Türkiyədəki Raket Hücumundan Müdafiə sistemi vurulacaq

İran İnqilab Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə Qərbə və NATO qüvvələrinə qarşı sərt bəyanatlar səsləndirib.

Noyabrın 26-da “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri qarşısında çıxış edən İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə Qərbə və NATO qüvvələrinə qarşı sərt bəyanatlar səsləndirib.

“Media forum” saytının məlumatına görə, Əmirəli Hacızadə xarici təhdidə məruz qaldıqları təqdirdə düşmən mövqelərinə qarşı əməliyyatları Türkiyədən başlayacaqlarını bəyan edib: “Əgər İran İslam Respublikasına qarşı təhdidlər olsa, əvvəlcə NATO-nun Türkiyədəki raket hücumundan müdafiə sistemini vuracaq, sonra başqa hədəflərin ardınca gedəcəyik.

ABŞ-ın Türkiyədə quraşdırdığı raket hücumundan müdafiə sistemi İsrailə dəstək vermək üçündür. Onlar dünya əhalisini, o sıradan da Türkiyə xalqını aldatmaq üçün bu sistemin Türkiyədə quraşdırılmasını ölkənin NATO-ya üzv olması ilə əlaqələndirirlər. Lakin Türkiyə xalqı ayıq-sayıq bir xalqdır və biz əminik ki, bu ayıq xalq özü bu fitnənin qarısını alacaq.

Bu günə qədər bir sıra böyük ölkələr İrana rəsmi mesajlar verib, hətta hərbi hücumun və müharibənin başlanması üçün tarix də təyin ediblər. Ancaq bu fitnə və təhdidlərin qarşısında ölkə rəhbəri dayanıb”.

XS
SM
MD
LG