Freedom House: Azərbaycan “qeyri-azad" ölkədir

Richard Rossi and his 4 year old great grandson Justice wade through water in search of higher ground after their home took in water in St. Amant, Louisiana.

Gürcüstan və Ermənistan isə "qismən azad" ölkələr sırasına daxil edilib

Freedom House hüquq müdafiə təşkilatı illik hesabatını yayıb.

Təşkilatın Dünyada Azadlıq-2015 hesabatı yanvarın 28-də yayılıb. Hesabatda 195 ölkədə azadlığın səviyyəsi dəyərləndirilib.

Hesabatda deyilir ki, 2014-ci ildə azadlığın vəziyyəti demək olar ki, dünyanın hər yerində xeyli pisləşib.

Suriya ən qeyri-azad ölkədir. Rusiyanın Ukraynanı "işğalı" isə demokratiyaya pis zərbə adlandırılır.

Hesabatda deyilir ki, Azərbaycan və Venesuelada siyasi məhbusların sayı 2014-ci ildə artıb.

Hesabatda Azərbaycan son bir neçə ildə olduğu kimi, "qeyri-azad" ölkələr sırasında qərarlaşıb.

Bu onunla izah olunur ki, Azərbaycanda hökumət tənqidçilərinə, insan haqları fəallarına və jurnalistlərə qarşı repressiyalar gücləndirilib. Onların həbsə atıldığı qeyd olunur.

Gürcüstan və Ermənistan isə "qismən azad" ölkələr sırasına daxil edilib.

Rəsmi Bakı Freedom House hüquq-müdafiə təşkilatının hesabatlarını qəbul etmir, deyilənləri "qərəzli" adlandırır.