İntiqam Əliyevə qarşı yeni ittiham irəli sürülüb

İntiqam Əliyev

Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb

Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan rəhbəri İntiqam Əliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu barədə vəkil Cavad Cavadov bildirib.

Yeni maddə ilə Əliyev 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Bir müddət əvvəl Əliyevin həbs müddəti 8 fevral 2015-ci ilə qədər uzadılıb.

Əliyev avqustun 8-də vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamları ilə həbs edilib. O, ittihamları təkzib edir və onları siyasi motivli hesab edir.

Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.