Nəcmin Kamilsoy: Azərbaycan hakimiyyəti insan haqlarına hörmət edirsə siyasi məhbusları azadlığa buraxmalıdır [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Nəcmin Kamilsoy: Azərbaycan hakimiyyəti səmimi şəkildə insan haqqlarına hörmət edirsə siyasi məhbusları azadlığa buraxmalıdır

Hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu Nəcmin Kamilsoyun Beynəlxalq İnsan Haqları Günü ilə bağlı Amerikanın Səsinə müsahibəsi

Amerikanın Səsi: Bu gün 10 dekabr- Beynəlxalq İnsan Haqları Günüdür. Siz Azərbaycanda bu günü hiss edirsinizmi?

Necmin Kamilsoy: Ümumiyyətlə təəssüf edirəm ki, biz beynəlxalq insan haqları gününü fundemental azadlıq hüququnun pozulduğu, tanınmış hüquq müdafiəçilərinin həbsdə olduğu, insanların siyasi baxışlarına görə həbs olunduğu, azadlıq mühiti olmayan ölkədə qeyd edirik.

Amerikanın Səsi: Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu kimi Azərbaycanda bu sahədə nələrin dəyişməsini istərdiniz?

Necmin Kamilsoy: Azərbaycan hakimiyyəti səmimi şəkildə insan haqlarına hörmət edirsə siyasi məhbusları azadlığa buraxmalıdır. Ölkədə siyasi plüralizmi təmin etməlidir, fundemental insan hüquqları təmin olunmalıdır. İnsanların sərbəst toplaşmaq və digər azadlıqları təmin olunmalıdır. Həmçinin atam həbsdən çıxmalıdır. Onun fəaliyyətinə mane olur. Çünki o, uzun illərdir insan haqqlarının müdafiəsi ilə məşğul olur və bunu heç bir mənfəət güdmədən edir. Düşünürəm ki, ən azından atamın səhhətindəki hazırkı duruma diqqət yetirilməlidir. O, ən azından həbsxanada olsa da, xəstəxanaya köçürülməlidir. Səhhətinə ciddi diqqət yetirilməlidir. Vəkillər çalışırlar, neçə dəfə məhkəməyə müraciət ediblər. Biz çalışırıq ki, müstəqil həkimlər tərərfindən müayinə olunsun. Düşünmürəm ki, həbsxana rəhbərliyi səmimi şəkildə atamın səhhəti ilə maraqlanır və onu müalicə edirlər. Təbbi ki, biz bir neçə dəfə müraciət eləmişik. Onlar deyib ki, daimi həkim nəzarətində saxlayırıq. amma açığı inanmırıq ki, onların müalicəsi və müayinəsi effektiv olsun.

Amerikanın Səsi: İntiqam müəllimin oğlu kimi beynəlxalq ictimiayyətə, Azərbaycan hökumətinə sözünüz və müraciətiniz varmı?

Nəcmin Kamilsoy: Azərbaycan hakimiyyətinə yenə də deyirəm ki, siyasi məhbusları dərhal, qeyri şərtsiz azad etməlidirlər. Ən azından beynəlxalq nüfuzlarını geri qaytarmaları üçün bu çox vacibdir. Düşünürəm ki, cəmiyyət onların hüquqlarını müdafiə edən şəxsləri diqqət mərkəzində saxlamalıdır. Müxtəlif ölkələrdən dəstəklər gəlir .Amma xüsusilə də böyük institutlar xüsusi tələbkarlıqla yanaşmalıdırlar. Hətta öz tələblərinə cavab gəlmədikdə , ritorikalarını dəyişməlidirlər. Azərbaycan hakimiyyətinə qarşı tədbirlər görülməlidir. Siyasi məhbuslar probleminə görə, insan haqları daimi pozulduğuna görə, ölkədə media üçün sərbəst şərait yaradılmadığına görə , həmçinin siyasi məhbusların vəkillərinə problemlər yarandığına görə Azərbaycan hakimiyyətinə qarşı ciddi tədbirlər görülməlidir.