Ann Brassor Xədicə İsmayılın həbsindən dərin narahatdır

Ann Basser

AŞPA prezidenti Azərbaycanı Avropa İnsan Hüquqları Konvensiyasının standartlarına hörmət etməyə çağırır

"Xədicə İsmayılın həbsi ilə bağlı dərin narahatlığımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan Avropa Şurasının üzvü kimi Avropa İnsan Hüquqları Konvensiyasının standartlarına hörmət etməlidir. Azərbaycan hökumətini Xədicə İsmayıl və digər hüquq müdafiəçiləri ilə bağlı konvensiyada nəzərdə tutulmuş standartlara əməl etməyə çağırıram".

Bu barədə Avropa Şurasının Parlament Assambleyasının prezidenti Ann Brassor araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatında deyilir.

“Xədicə İsmayıl Avropa Şurasının uzun müddətdir əməkdaşlıq etdiyi şəxslərdən biridir. Avropa Şurası Parlament Assambleyasının sonuncu sessiyası zamanı Xədicə İsmayıl şəxsən özünə və hüquq müdafiəçilərinə qarşı dəhşətli təzyiq kampaniyası haqda danışaraq məni şoka salmışdı”, o yazıb.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsi AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.