Elmar Məmmədyarov: Faciənin hərtərəfli, müstəqil və şəffaf istintaqının aparılmasına dair çağırışlara qoşuluram

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

AŞ Nazirlər Komitəsinin sədri Malaziyaya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı bəyanat verib

Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Malaziyaya məxsus sərnişin təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı bəyanat verib.

AŞ Nazirlər Komitəsinin məlumatına görə nazir bəyanatında baş vermiş hadisədən şoka düşdüyünü bildirib.

"Avropa Şurası Nazirlər Komitəsi adından, bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm”, nazir bildirib.

AŞ Nazirlər Komitəsinin sədri cəsədlərin təhvil verilməsi ilə məşğul olan şəxsləri prosesin sürətləndirilməsi üçün səylər göstəməyə çağırıb.

“Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf istintaqının tez bir zamanda aparılmasına dair çağırışlara qoşuluram", Məmmədyarov vurğulayıb.

Iyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində vurulub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb.