Accessibility links

Separatçılar Malayziya təyyarəsinin qara qutularının tapıldığını bildirir


Armed pro-Russian separatists stand guard at a crash site of Malaysia Airlines Flight MH17, near the village of Hrabove, Donetsk region, July 20, 2014.
Armed pro-Russian separatists stand guard at a crash site of Malaysia Airlines Flight MH17, near the village of Hrabove, Donetsk region, July 20, 2014.

Rusiya tərəfdarı üsyançıları Ukraynaın şərqində zenit-raket komleksindən vurulan Malayziya təyyarəsinin uçuşu haqda məlumatların qeydə alındığı qara qutuların tapıldığını bildiriblər.

Separatçıların lideri Aleksandr Broday qutuların beynəlxalq təyyarə qəzaları üzrə ekspertlərə veriləcəyini deyib. Əslində narıncı rəngdə olub qara adlanan qutular ekipaj üzvlərinin danışıqları və təyyarənin uçuş parametlərini qeydə alır.

Separatçılar xilasetmə işçilərinin aşkar etdiyi 196 cəsədi hadisə yerindən apararaq, beynəlxalq təhqiqatçılar gələn qədər qəzanın baş verdiyi ərazidən 15 kilometrlik məsadəfə yerləşən Torez şəhərində saxlanacağını bildiriblər.

Ukrayna hökuməti və separatçılar Amsterdamdan Malayziyaya uçan təyyarənin raketlə vurulmasında bir-birini günahlandırır. Birləşmiş Ştatlar və Qərb müttəfiqləri raketin Ukraynada separatçıların nəzarətində olan ərazidən vurulduğunu və üsyançıların avadanlıqla təchiz edilməsində Rusiyanı günahlandırır.

ABŞ Dövlət katibi Con Kerri NBC televiziyasının “Meet the Press” (“Mətbuatla görüş”) proqramında Birləşmiş Ştatların Rusiyanın qəzada əli olması ilə bağlı hələ nəticə çıxarmadığını, lakin Moskva əleyhinə dəlillərin olduğunu deyib.

XS
SM
MD
LG