Fəaliyyət planı Azərbaycan və AŞ əməkdaşlığının gələcək strateji prioritetlərini müəyyən edir
Mayın 20-də Azərbaycan Ədliyyə Nazirliyində Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üzrə Fəaliyyət Planının təqdimatı keçirilib.
Nazirliyin rəsmi saytının məlumatına görə, bu fəaliyyət planı Azərbaycan və AŞ-nin birgə təşəbbüsü ilə gələcək strateji prioritetləri müəyyən edir.
Təqdimat mərasimində Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, AŞ-nin baş katibi Turbyörn Yanqland, Fəaliyyət Planı üzrə tərəfdaş olan dövlət qurumlarının məsul şəxsləri, ombudsman, millət vəkilləri, AŞ Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvləri, eləcə də Avropa Şurasının və ona üzv dövlətlərin Azərbaycandakı diplomatik korpusunun təmsilçiləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak ediblər.
Avropa Şurasının baş katibi Turbyörn Yaqland Fəaliyyət Planının əsas prioritetlərinə toxunub. Baş katib demokratik ölkələr üçün vacib olan insan hüquqlarının qorunmasında və korrupsiya ilə mübarizədə mühüm rol oynayan ədalətli məhkəmə sisteminin təkmilləşdirilməsini qeyd edib.
O, planın gerçəkləşməsindən məmnunluğunu bildirərək bu mühüm sənədin AŞ Bakı ofisinin və tərəfdaş beynəlxalq təşkilatların dəstəyi ilə birgə icrasına nail olunacağını bildirib.
Fəaliyyət Planının qəbul olunması ilə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini deyən F.Məmmədov Planın əsas prioritetlərinə toxunaraq onun demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına və qanunun aliliyinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olub. Bu ilin mayın 14-dən Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başlanıb.
Fəaliyyət Planı AŞ Nazirlər Komitəsi tərəfindən aprelin 16-da qəbul olunub. Planda insan haqları, ifadə və media, sərbəst toplaşmaq azadlıqları və korrupsiya ilə mübarizə sahəsində bir sıra layihələr nəzərdə tutulub.
AŞPA, Nazirlər Komitəsi, İşğəncələr Əleyhinə Komitənin, AŞ Venesiya Komissiyasının məruzələrində və qətnamələrdə irəli sürülən tövsiyələrdə əsasən aşağıdakı istiqamətlər üzrə tədbirlər nəzərdə tutulur:
- toplaşmaq azadlığı;
- söz və KİV azadlığı, assosiasiya azadlığı;
- effektiv idarəetmənin möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizə;
- azad və ədalətli seçkilərin dəstəklənməsi;
- məhbusların hüquqları, cəzasızlığa və amansız rəftara qarşı mübarizə;
- məhkəmə sisteminin effektivliyinin artırılması;
- Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi;
- yerli demokratiya;
- kibercinayətkarlıqla mübarizədə əməkdaşlıq;
- mədəniyyətlərarası dialoq.
Plan Avropa Şurası və Azərbaycan hökuməti ilə birgə qiymətləndiriləcək.