“Azərbaycan Demokratik Birliyi” təşkilatının sözçüsü Simin Səbri Amerikanın Səsinə müsahibədə deyir ki, “biz Azərbaycan üçün öz müqəddəratını təyin etmə haqqını İranın daxilində istəyirik. Yəni federal çərçivədə. Bu da bizi tamamən ayrı yollara yönləndirir ki, bizi müstəqillik istəyən təşkilatlardan fərqləndirir.”
Simin Səbri “İranda türklərin daxili müstəmləkə şəraitində” yaşadığını önə çəkir. Lakin onun sözlərinə görə, mənsub olduğu “Birlik” təşkilatı müstəmləkədən xilas olmanın yollarını İrandan ayrılmaqda deyil, İran sərhədlərinin daxilində axtarır.
Ərəblərə, kürdlərə, bəluçlara görə, bizim hərəkatda daha çox istiqlal istəyən qüvvə var... Bu bizim effektiv bir şəkildə İrandakı siyasi dalğalar və siyasi cərəyanlar içində olmağımıza mane olur. Bizi tamamən kənarlaşdırır.
“Tamam, Azərbaycanın daxili müstəmləkədən qurtuluşunu, təşkilatların hamısı istəyir. Bu böyük və ortaq bir istəkdir. Amma hansı formada və hansı struktur və çərçivə daxilində? Hansi dövlət növü, sağmı, solmu, liberalmı? Bunlar müəyyənləşmir. Qarışıqlıq ortaya çıxır. [Milli hərəkatda] bir partiyanı, o biri partiyadan fərqləndirən əməlli-başlı faktorlar görmürük,” siyasi fəal söyləyir.
Səbri “Güney Azərbaycan Milli Hərəkatına” mənsub qüvvələr arasında müstəqillik ideyasına inananların sayının federal bir İran istəyənlərdən daha çox olduğu ilə razılaşır. Amma o, istiqlal fikrini mənimsəyən təşkilatların sayının bu qədər çox olduğunu tənqid edir:
“Bəlli olmur ki, öz müqəddəratını təyin etmə haqqını İrandan ayrılmaqda görənlər, yəni istiqlal istəyən partiyalar bir-birlərindən necə ayrışırlar ki, istiqlal istəyən 10 partiya var. Platformalarına, təbliğatlarına, danışıqlarına baxanda tam eyni şeyləri, eyni sözləri deyirlər. Amma 10 təşkilat var.”
SEE ALSO: Cavad Abbasi: Keyfiyyətli insanlar milli hərəkatdan kənarlaşdırılırSimin Səbri İranın gələcəyi üçün federal bir hökümət sisteminin qurulmasını dəstəkləyən “Azərbaycan Demokratik Birliyi” təşkilatının bu kontekstdə digər Güney təşkilatlarından ayrıldığını vurğulayır.
İstiqlal istəyən partiyalar bir-birlərindən necə ayrışırlar ki, istiqlal istəyən 10 partiya var?
“Bizim təşkilata gəldikdə, onlar da bizi özlərindən ayrışdırmağa, bizim də özümüzü onlardan ayrışdırmağa önəmli və təməl bir xüsusiyyətimiz var. O da budur ki, biz öz müqəddəratını təyin etmə haqqını daxildə istəyirik. Federalizm istəyirik. Bu da getdiyimiz yolu və aktual məsələlərə olan mövqeyimizi tamamilə fərqləndirir,” deyə “Birlik” təşkilatının sözçüsü ifadə edir.
Simin Səbri hesab edir ki, İrandan ayrılma fikrinin ağırlıqda olması “Güney Azərbaycan Milli Hərəkatına” mənsub qüvvələrin siyasət səhnəsindən kənarlaşdırılmasına səbəb olur.
“Ərəblərə, kürdlərə, bəluçlara görə, bizim hərəkatda daha çox istiqlal istəyən qüvvə var... Bu bizim effektiv bir şəkildə İrandakı siyasi dalğalar və siyasi cərəyanlar içində olmağımıza mane olur. Bizi tamamən kənarlaşdırır,” deyə siyasi fəal əlavə edir.