Sietlın qeyri-adi kitabxanası

Your browser doesn’t support HTML5

Dünyanın ən fotogenik şəhərlərindən biri olan Sietlda qəribə arxitekturaya sahib onlarla bina var. Space Needle, Pop Art Muzeyi, Smith Qülləsi, Amazon şarları və s. 16 ildir fəaliyyət göstərən Sietl Mərkəzi Kitabxanası da öz fərqli quruluşuna görə ölkənin digər şəhərlərindəki kitabxanalarından seçilir. Sietl sakinləri 11 mərtəbəli bu geniş və işıqlı kitabxanada müxtəlif mözvuda minlərlə kitab tapmaqla yanaşı, həmçinin kitabxananın təklif etdiyi pulsuz vergi və vəkillik xidmətlərindən də istifadə edə bilərlər.