Sergey Lavrov Bəşar Əl-Əsədlə görüşüb (YENİLƏNİB)

  • Amerikanın səsi

Sergey Lavrov Bəşar Əl-Əsədlə görüşüb (YENİLƏNİB)

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Suriya prezidenti Bəşar Əl-əsəd vəd etdiyi islahatların həyata keçirilməsinə başlayacaq vı bu yaxınlarda yeni konstitusiyaya dair referendumun tarixini açıqlayacaq. Lavrov bu açıqlamanı Dəməşqdə Suriya prezidenti ilə ölkədə zorakılıqların artmasını müzakirə etmək üçün keçirdiyi görüşdən sonra verib.

Rusiya mətbuatı Sergey Lavrova istinadən xəbər verib ki, cənab Əsəd Lavrova Ərəb Liqasının monitorinq missiyasının müddətinin uzadılmasına dəstək verdiyini və müxalifətlə dialoqa hazır olduğunu deyib. Liqanın və Rusiyanın dəfələrlə danışıqlara vasitəçilik etmək eəyləri hökumət əleyhdarı dissidentlər tərəfindən rədd edilmişdir. Onlar prezident Əsədin 11 aydır davam edən etiraz hərəkətaını yatırdığı bir şəraitdə Suriya rəsmilərilə danışıqlar aparmaqdan imtina ediblər.

Rusiya mətbuatının verdiyi məlumata görə, cənab Əsəd Lavrova növbəti günlər ərzində yeni konstitusiya layihəsi üzərində işləyən komissiyanın üzvləri ilə görüşəcəyini deyib. Rusiya xarici işlər nazirinin prezident Əsədə “hər bir ölkə başçısı üzərinə düşən məsuliyyətləri bilməlidir, siz də öz məsuliyyətinizi bilirsiniz” sözlərini dediyi haqda məlumat verilir.

Xarici İşlər naziri Lavrov və Rusiyanın xarici kəşfiyyat agentliyinin rəhbəri Suriyaya bir günlük səfər edir. Rusiya Xarici İşlər naziriliyi bildirib ki, səfərin məqsədi Moskvanın Yaxın Şərqdə başlıca müttəfiqi olan Suriyada vəziyyətin sabitləşməsinə yardım etməkdən ibarətdir.

Fransa, İtaliya və İspaniya daxil olmaqla, Avropanın bir sıra ölkələri prezident Əsədin repressiyalarını qeyd edərək, çərşənbə axşamı günü Suriyadan öz səfirlərini geri çağırıb. Səudiyyə Ərəbistanının başçılıq etdiyi Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı ölkə də zorakılıqların artmasına cavab olaraq Dəməşqdən səfirlərini geri çağırmaqla yanaşı, Suriyanın nümayəndələrini öz ölkələrindən çıxarır.

Birləşmiş Ştatlar Dəməşqdəki səfirliyini bazar ertəsi günü bağlayıb, eyni gün Britaniya da öz nümayəndəsini ölkədən çıxarıb.