Accessibility links

Əsəd tərəfdarları Homs şəhərini artilleriya atəşinə tutublar


Əsəd tərəfdarları Homs şəhərini artilleriya atəşinə tutublar
Əsəd tərəfdarları Homs şəhərini artilleriya atəşinə tutublar

Suriyalı fəallar ölkə boyu 100 adamın öldürülməsinin ardınca bu gün hökumət qüvvələrinin Homs şəhərini artilleriya atəşinə tutduğunu xəbər verirlər.

Fəalların dediklərinə görə bombalama əsasən Homsun Bab əl-Əmr məhəlləsində cəmləşib. Dörd gün davam edən hökumət basqıları nəticəsində Homsun azı 200 sakini məhv olub.

ABŞ-da qərargahlanan Human Rights Watch təşkilatı bildirir ki, BMT Təhlükəsizlik Şurasında səsvermə iflsasa uğradıqdan sonra Suriyada zorakılıqlar kəskin artıb.

“Belə görünür ki, Suriya hökuməti Təhlükəsizlik Şurasındakı vetoya yaşıl işıq kimi baxır. Bu gün biz Homsdan daha həyəcanlı xəbərlər alırıq,” deyə təşkilatın sözçüsü Reed Brody bildirib.

Suriya dövlət xəbər agentliyi SANA zorakılılqarda “silahlı terrorçuları” ittiham edir.

XS
SM
MD
LG