“Sərdar Əlibəyli dərhal azad edilməlidir”
“P.S.Nota” qəzetinin baş redaktorunun həbsi və son günlər jurnalistlərin saxlanması narahatlıqla qarşılanıb. Bir çox təşkilatlar jurnalistin dərhal azad edilməsini tələb edir.
Belə ki, mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) xuliqanlıqda ittiham olunan “P.S.Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin həbsini pisləyib. Onu 7 ilədək həbs cəzası gözləyir.
“Azərbaycan hakimiyyəti dərhal Əlibəylini azad etməli və ona qarşı təqibləri dayandırmalıdır”, - JMK –nın Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Ognyanova bildirib.
JMK son iki ildə Azərbaycanda media azadlığı ilə bağlı durumun kəskin pisləşdiyini qeyd edib. Belə ki, jurnalistlər və redaktorlar hədələrə, fiziki hücumlara, cinayət təqiblərinə məruz qalır.
S.Əlibəyli iyulun 31-də bədən xəsarəti törətməklə xuliqanlıqda ittiham olunub və həbs edilib. O, ittihamı rədd edib. Əlibəylinin həmkarları hesab edirlər ki, o, facebook-da İlham Əliyev haqqında tənqidi yazının dərcinə görə təqib olunur.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) da Azərbaycanda baş verən son jurnalist həbslərini ölkədə insan hüquqlarının kritik duruma çatdığına daha bir sübut olduğunu bildirir.
Ötən cümə öz fəaliyyətinə görə getdikcə daha çox təzyiqlə üzləşən “Azadlıq” radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovaya dəstək məqsədi ilə keçirilən dinc aksiyanın işıqlandırılması zamanı 21 jurnalist saxlanıb, onların mobil telefonları və kameraları müsadirə olunub, çəkilmiş kadrlar silinib. Saxlanılan jurnalistlər polis şöbəsinə aparılıb və elə həmin gün sərbəst buraxılıb.
“Polisin ictimai hadisələri işıqlandırmaqla öz vəzifə borcunu yerinə yetirən jurnalistlərə təzyiq göstərərək onları saxlaması narahatedicidir” ,- RATİ-nin sədri Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, jurnalistlərin qanunun pozmadığı və polisin işinə müdaxilə etmədiyi müddətdə nümayiş və mitinqləri işıqlandırmalarına şərait yaradılmalıdır.
Jurnalistlərin saxlanması faktı “P.S.Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin tutulması və xuliqanlıqda ittiham olunaraq barəsində iki ay həbs qətimkan tədbirinin seçilməsindən cəmi bir neçə gün sonra baş verib.
RATİ S.Əlibəylinin həbsini qınayaraq ona qarşı irəli sürülmüş ittihamları siyasi motivli hesab edir.
“Çox güman ki, Əlibəylinin həbsinə onun hökuməti kəskin tənqid etməsi səbəb olub”,- E.Hüseynov bildirib.
“Biz nəinki onun dərhal azad olunmasını tələb edir, həmçinin ona qarşı irəli sürülmüş gülünc ittihamın geri götürülməsini tələb edirik” - o, vurğulayıb.
RATİ bildirir ki, bu repressiyada oktyabr seçkiləri ərəfəsində tənqidi səsləri boğmaq məqsədi hiss olunur.
RATİ hökuməti Azərbaycanın insan haqları sahəsindəki qoşulduğu beynəlxalq qanunlar və müqavilələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə zidd olan repressiv tədbirlərdən əl çəkməyə, Azərbaycan vətəndaşlarının fikir və ifadə azadlığını qorumağa və onlara hörmət etməyə çağırır.