"Xalq olaraq öz taleyimizi özümüz müəyyən etməliyik" [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

"Xalq olaraq öz taleyimizi özümüz müəyyən etməliyik"

Siyasi fəal Səid Nuri Amerikanın Səsinə verdiyi müsahibədə 11 apreldə keçiriləcək prezident seçkilərindən və xaricdə yaşayan insanların sosial şəbəkələrdəki fəaliyyətlərinin əhəmiyyətindən danışıb.

ABŞ-da yaşayan siyasi fəalın sözlərinə görə, hazırda Azərbaycandan söz azadlığının olmaması, toplaşmaq azadlığına və müstəqil mediayaya edilənbasqılar, ölkədə 150-dən çox siyasi məhbusun olması onu sübut edir ki, Azərbaycanda seçki formallıq daşıyır.

Azərbaycan kimi avtoritar ölkələrdə seçki formallıq daşıyır.

“Ancaq bu Azərbaycan xalqına, siyasi partiyalara ruhdan düşməyə əsas verməməlidir. Demokratiya uğrunda mübarizə davam etməlidir. Bütün xalqa anlatmaq lazımdır ki, İlham Əliyevin 4-cü dəfə və bu dəfə 7 illik prezident seçilməsi Azərbaycana hansı iqtisadi, siyasi fəlakətlər gətirəcək.”

Seçkilərdən sonra hökümətdə ciddi islahatların aparılması ilə bağlı gözləntilərin olmasına münasibət bildirən Səid Nuri bildirib ki, İlham Əliyev 2003-cü ildə qeyri-qanuni yol ilə hakimiyyəti ələ keçirən zaman da belə fikirlər var idi amma zaman göstərdi ki, son 15 ildə Azərbaycan qismən də olsa

Mən İlham Əliyevdən heç bir islahat gözləmirəm

azad ölkədən tam avtoritar ölkəyə çevrildi.

“İlham Əliyev Putin kimi güclü bir diktator deyil. Onun xaricdən böyük asılılığı var. Azərbaycandan oğurladığı pulları xarici banklara yerləşdirir və üstəlik hazırda Azərbaycanın xaricdən gələcək böyük investisiyalara ehtiyacı var. Buna görə də islahat aparacağına dair bu cür təbliğat aparmağa çalışır. Mən İlham Əliyevdən heç bir islahat gözləmirəm. Xalq olaraq öz taleyimizi özümüz müəyyən etməliyik.”

Bizlər Əliyev hakimiyyətinin qurduğu informasiya blokadasını uğurla qıra bilmişik

Son aylarda xaricə yaşayan azərbaycanlıların Facebook və Youtuba vasitəsilə çıxışlar etməsinin əhəmiyyəti ilə bağlı sualımızı cavablandıran cənab Səid Nuri qeyd edib ki, hökümətin represiya siyasəti nəticəsində Azərbaycan getməyə məcbur olan insanlar xaricdə olsalar belə ölkədəki hadisələrə biganə qala bilmirlər.

“İlham Əliyev hakimiyyəti dövründə bütün resusrları cəmləyərək Azərbaycan daxilində söz azadlığını boğmaqla məşğul olub. Amma siyasi represiyalar səbəbindən Azərbaycandan baş götürüb qaçan insanlar ölkədəki hadisələrə biganə qalmamaq yolu seçiblər.

Xaricdəki bloqqerlər Əliyevin təbliğat maşınınından daha çox iş görür

​Beləcə sosial medianın və alternativinformasiya vasitələrinin verdiyi imkanlardan yararlanaraq öz sözlərimizi deyib, Qərbdə insanların necə yaşamasına, söz azadlığının necə təmin olunmasına, demokratik prinsiplərin necə qorunmasına dair videolar hazırlayıb, insanlara göstəririk. Bu mübarizə kiminsə hakimiyyətə gəlməsi uğrunda mübarizə yox, Azərbaycan xalqının firavan yaşaması uğrunda aparılan mübarizədir.”