Prezident Azərbaycanla ABŞ Müdafiə Nazirliklərinin imzaladığı sazişi təsdiq edib

ABŞ və Azərbaycan bayraqları

Sənəd avadanlıqların alınması və qarşılıqlı xidmət haqqında sazişin daha 5 il uzadılmasını nəzərdə tutur
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” 2013-cü il oktyabrın 14-də Bakı şəhərində və 2013-cü il oktyabrın 30-da Ştutqart şəhərində imzalanmış Sazişi (USA-AZE-02) təsdiq edib.

Sazişi 2013-cü il dekabrın 27-də Milli Məclis (parlament) təsdiq edib.

Sənəd 10 il əvvəl imzalanmış sazişin müddətinin daha 5 il uzadılmasını nəzərdə tutur.