Sarah Peylin 2012-ci ildə ABŞ-da prezidentliyə namizəd olmayacaq

Sarah Peylin 2012-ci ildə ABŞ-da prezidentliyə namizəd olmayacaq

ABŞ-da vitse-prezidentliyə sabiq namizəd Sarah Peylin bildirib ki, o, 2012-ci ildə Respublikaçılar partiyasının prezidentliyə namizədi olmağa çalışmayacaq.

Alyaska ştatının sabiq qubernatoru bu qərarını tərəfdarlarına göndərdiyi məktubda və mühafizəkar radio tok-şousunda müsahibəsi zamanı açıqlayıb.

Xanım Peylin 2008-ci ildə prezidentliyə Respublikaçı namizəd Con Makkeynin vitse-prezidenti kimi irələli sürüləndən sonra məşhurlaşmışdı. Ona bəzi mühafizəkar seçicilər böyük dəstək vermişdi və Peylinin 2012-ci ildə prezidentliyə namizəd olacağına ümid edirdilər.

Qeyd edək ki, bir gün əvvəl isə Nyu Cersi ştatının Respublikaçı qubernatoru Kris Kristi də gələn il namizəd olmayacağını açıqlamışdı.