Accessibility links

Sara Peylin rəsmi olaraq Alyaska ştatının qubernatoru vəzifəsini tərk edib


Birləşmiş Ştatların Alyaska ştatının qubernatoru, vitse-prezidentliyə keçmiş namizəd Sara Peylin rəsmi olaraq vəzifəsini tərk etdi.

Peylin istefasını bu ayın əvvəli elan etmişdi. O, vəzifə müddətinin bitməsinə 17 ay qaldığı vaxt qubernator postundan gedib.

Alyaskanın Feyerbanks şəhərində vida çıxışı zamanı Peylin deyib ki, vəzifədən getməsi ona alyaskalılar naminə daha yaxşı işləmək imkanı verəcək.

Peylin 2012-ci il prezident seçkilərində Respublikaçılar partiyasından nominasiya uğrunda yaraşıa qoşulub-qoşulmayacağı haqda bir söz deməyib.

Çıxışı zamanı Peylin mətbuata sözlərini dəyərək, övladlarını sakit buraxmaq haqda xəbərdarlıq edib. Peylinin bu yaxınlarda onun qızı haqda zarafat edən gecə proqramlarının aparıcısı ilə mübahisəsi olub.

XS
SM
MD
LG