Sakit Okean sahilində yağışlı axşam yeməyi
Your browser doesn’t support HTML5
Cənub kampında qeytiyyatdan keçdikdən sonra artıq yağış güclənməyə başlamışdı. Saat günorta 2-3 radələrini göstərməsinə baxmayaraq artıq havanın qaralmağa doğru getdiyini görmək olurdu. Ona görə də vaxt itirmədən axşam yeməyi üçün hazırlıqlara başladım. Okean küləyinə qarışıq yağışın yaratdığı çətinliklərə baxmayaraq qısa bir vaxtda axşam yeməyi hazırlamağa nail ola bildim.