İran Azərbaycanının Zəncan vilayətində ümummilli etirazlar zamanı həbs edilən Səidə Muradi 6 aylıq həbs cəzasını çəkmək üçün Səfər Abad həbsxanasına köçürülüb.
Bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyinin məlumatına görə, Səidə Muradi yanvarın 18-də həbs edilərək Zəncanın Səfərabad həbsxanasına köçürülüb.
SEE ALSO: Zəncanda Səidə Muradi 50 günlük həbsdən sonra müvəqqəti azadlığa buraxılıbXanım Muradi keçən il sentyabrın 20-də Zəncan vilayətinin Əbhər şəhərində keçirilən etiraz aksiyaları ilə əlaqədar həbs edilib və 50 günlük nəzarət altında saxlandıqdan sonra zaminə buraxılmışdı.
Zəncan İnqilab Məhkəməsi Səidə Muradini 6 ay müddətinə azadlıqdan məhrum edib. Ona qarşı irəli sürülən ittihamlar və hökmlə bağlı təfərrüatlar barədə məlumat yayılmayıb.
Fotoqrafiya sənəti ilə məşğul olan xanım Muradi etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, kəşfiyyat agentləri tərəfindən təcridxanda dindirildikdən sonra Səfərabad həbsxanasına köçürülmüşdü. Şahidlərin sözlərinə görə, bu həbsxanada aksiyalar zamanı həbs edilən 7 qadın saxlanılıb.