Accessibility links

Zəncan sakini Cəmşid Əşrəfi etirazlarla əlaqədar həbs cəzası alıb


Zəncan sakini Cəmşid Əşrəfi
Zəncan sakini Cəmşid Əşrəfi

İran Azərbaycanının Zəncan şəhəri sakini Cəmşid Əşrəfi vilayətin Apellyasiya Məhkəməsinin hökmü ilə 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Bölgədəki hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Zəncan vilayətinin Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi etiraz aksiyaları zamanı məhkəməyə çağırılan Cəmşid Əşrəfiyi 7 ay həbs cəzasına məhkum edib. Ancaq həmin hökmə əsasən, həbs cəzasının 6 ayı 3 il müddətinə təxirə salınaraq, 1 ayı qüvvəyə minib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə yazıb ki, Cənab Əşrəfiyə ilkin məhkəmə tərəfindən bəraət qazandırılsa da, Apellyasiya Məhkəməsi, prokurorun etirazı nəticəsində ona həbs cəzası çıxarıb.

Əşrəfinin "sosial media hesablarında yazılar dərc etməklə rejimə qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunaraq, 7 aylıq həbs cəzasına məhkum edildiyi bildirilir.

Cəmşid Əşrəfi və həyat yoldaşı Məryəm Heydəri
Cəmşid Əşrəfi və həyat yoldaşı Məryəm Heydəri

Cəmşid Əşrəfi və həyat yoldaşı Məryəm Heydəri ötən ilin noyabrında məhkəməyə çağırılıb və müvəqqəti olaraq zaminə buraxılımışdılar.

Bundan bir ay sonra, dekabrın 3-də bu şəhərin İnqilab Məhkəməsində bu Zəncanlı cütlüyünün ittihamları ilə bağlı məhkəmə iclası keçirildən sonra onlara bəraət verilmişdi. Lakin Apellyasiya Məhkəməsi bu hökmü ləğv edərək həbs hökmü çıxarıb.

XS
SM
MD
LG