Elmar Hüseynovun atası: Bidzina İvanişvilidən Elmarın qatillərini Azərbaycana verməsini xahiş edirəm (Video-müsahibə)

Your browser doesn’t support HTML5

(L-R) Ghana President John Dramani Mahama, Ghana Finance Minister Seth Terkper, U.S. Secretary of State John Kerry and Dana Hyde, CEO of the Millennium Challenge Corporation (MCC), participate in the Ghana Compact Signing Ceremony at the State Department, Washington, DC, Aug. 5, 2014.

Jurnalistin atası Amerikanın Səsi vasitəsi ilə Gürcüstanın yeni hökumətinə müraciət edib. “Ümid edirəm ki, İvanişvili Saakaşvili kimi “yox” deməyəcək”, Sabir Hüseynov müraciət edib
“Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov Amerikanın Səsi vasitəsi ilə jurnalistin qatillərinin Azərbaycana təhvil verilməsi xahişi ilə Gürcüstanın Baş naziri Bidzina İvanişviliyə müraciət edib.

“Oğlumun qatillərini Saakaşvili hökuməti Azərbaycana vermədi. Ümid edirəm İvanişvili hökuməti qatilləri təhvil verəcək”, o qeyd edib.


Sual: Oğlunuzun qətlindən 8 il keçib. Azərbaycan dövlət başçısı da Sizə demişdi ki, qatillər tezliklə tapılacaq. Sizcə qətlin açılmamasının səbəbi nədir?

O getmədi buna, eləmədi. Heydər Əliyev öləndən sonra aləm qarışdı bir-birinə.

Cavab: Bu hadisənin ibtidai başlanğıcında Heydərə (eks-prezident Heydər Əliyevi nəzərdə tutur-müəllif) demişdilər ki, onu (Elmar Hüseynovu - müəllif) aradan götürmək lazımdır. Mən özüm 12 il orada (Prezident Administrasiyası-müəllif) işləmişəm. O demişdi gedin işinizlə məşğul olun, o uşağa əl dəyməyin. Yüz faiz yox, min faiz mən bilirəm, belə olub. O getmədi buna, eləmədi. Heydər Əliyev öləndən sonra aləm qarışdı bir-birinə.

Sual: Ailəniz kimdən şübhələnir? Qətldə və sifarişdə.

Vallah nə bilim, nə təhəri deyim. Kim, yuxarıda oturub, onların sözü ilə gedib bu məsələ.

Cavab: Vallah nə bilim, nə təhəri deyim. Kim, yuxarıda oturub, onların sözü ilə gedib bu məsələ. Elə-belə mümkün də deyil. Elə-belə kimdi gedib özbaşınalıq edən. Kimin nəyinə lazımdır.

Sual: Artıq qətldən 8 il keçib. Çox yəqin ki, ailəniz də tədqiq edib, araşdırıb, müəyyən siqnallar da daxil olub. Siz şəxsən qətldə iştirak edən adları deyə bilərsinizmi? Heç olmasa şübhələrinizi deyin?

O günü də gəlmişdi də (prezident Mixeil Saakaşvilini nəzərdə tutur-müəllif) özü üçün çörək pulu çıxarmağa. Televizorda çıxış etdi. Baxdıq. Heç kimdi.

Cavab: Şübhələr məsələsi belədir ki, hadisə olmuşdur. Hadisədən sonra Eynulla (jurnalist Eynulla Fətullayev-müəllif) Gürcüstana gedib 3 nəfəri tapdı (qətldə günahlandırılan Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevi nəzərdə tutur-müəllif) . Yuxarıya (Azərbaycan hökumətinə-müəllif) xəbər çatdı və dedilər ki, biz istəyirik Gürcüstan onları bizə vermir.

O günü də gəlmişdi də (prezident Mixeil Saakaşvilini nəzərdə tutur-müəllif) özü üçün çörək pulu çıxarmağa. Televizorda çıxış etdi. Baxdıq. Heç kimdi. Yanında oxran-zad da (mühafizə) yoxdur. Onun oxran nəyinə lazımdır. Heç oxran olsa da xeyri yoxdur. İndi məsələ ondan gedir ki, Heydər razılıq verməmişdi. Bu 100 faizdi, çünki o məni əla tanıyırdı. İlham da (prezident İlham Əliyevi nəzərdə tutur-müəllif) məni yaxşı tanıyır. Onun ailəsi də məni yaxşı tanıyırdı. O ailənin daxilində olmuşam.

Sual: İndi Gürcüstanda hökumətə Saakaşvili deyil, İvanişvili başçılıq edir. Ata kimi İvanişvili hökumətinə qatilləri Azərbaycana təhvil verməsi üçün müraciət edə bilərsinizmi?

İvanişvilidən xahiş edirəm ki, Elmarın qatillərini Azərbaycan ölkəsinə təhvil versin.

Cavab: İvanişvilidən xahiş edirəm ki, Elmarın qatillərini Azərbaycan ölkəsinə təhvil versin. O da deməsin ki, biz verə bilmərik. Əgər təhvil verə bilirsə. İndi başlayacaq ki, necə Saakaşvili “yox” deyirdi. O da “yox” deyə bilər. “Hə” desə, onu etməlidir. Mən istəyirəm, arzum da odur ki, İvanişvili Elmarın qatillərini versin.

Mən İvanişvilidən xahiş edirəm. Əgər, imkanı varsa o adamları təhvil versin. Eynulla gedib onları tapmışdı. Sonra Eynullanın özünü tutdular, 4 il 3 ay həbsdə qaldı. Niyə?

Mən istəyirəm, arzum da odur ki, İvanişvili Elmarın qatillərini versin.

Mən öz uşağımı (Elmar Hüseynovu) zəhmətlə böyütmüşdüm, oxutmuşdum. Gəlib o cür uşağı sən öldürdün. (Sabir Hüseynov oğlu üçün təəssüflənir-müəllif)

İvanişvili hökuməti qatilləri versə çox yaxşı olar. Verməsə yenə mən qalacam o fikrimdə, ağlamağımda. Mənim 81 yaşım var. Mən bir balaca xəstələnəndə Elmar o saat otağıma gəlirdi. Gəlirdi deyirdi, papa nə olub sənə, nə lazımdır? Gedib aptekdən dərman alardı, hər şey edərdi. Yanımdan əl çəkməzdi. O belə uşaq idi. (Sabir Hüseynov hissiyyata qapılır-müəllif)

İ
Bəzən də mənə gülür. Gülər… Onun uşağı deyil ki… Onun balası deyil ki… Onun qohumu deyil ki…O mənim uşağımdır, mən ağlamalıyam... Onlar gülürlər, qoy gülsünlər… Vaxt gələcək hər şey aydınlaşacaq.
ndi qətli həyata keçirən adam durub kənarda. Bəzən də mənə gülür. Gülər… Onun uşağı deyil ki… Onun balası deyil ki… Onun qohumu deyil ki…O mənim uşağımdır, mən ağlamalıyam... Onlar gülürlər, qoy gülsünlər… Vaxt gələcək hər şey aydınlaşacaq. Yerdə qalmayacaq, bunun ölümü, yerdə qalmayacaq... On il də, 20 il də, 30 il də keçsə, o açılacaq. Açılandan sonra, o adamlar ki, aparatdan gedəcəklər, bir-bir onları dənləyəcəklər. Əgər, bir yaxşı hakim (hökumət və ya prezident -müəllif) gəlsə…

Mənə belə gəlir ki, artıq təzəsi gəlməlidir. Artıq vaxtı çatıb. İndiki zamanda
Mənə belə gəlir ki, artıq təzəsi gəlməlidir. Artıq vaxtı çatıb.

Azərbaycan çox pis vəziyyətdədir. Çox pis vəziyyətdədir. Allah da baxır yuxarıdan. İkinci növbədə allah onların da cəzasını verəcək. Bu elə-belə olmayacaq....