İqtisadçı ekspert Zöhrab İsmayıl Amerikanın Səsinə müsahibəsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynanın Milli İslahatlar Şurasının icra komitəsinə rəhbər təyin edilməsini şərh edib.
Your browser doesn’t support HTML5
Zöhrab İsmayılın sözlərinə görə, Mixeil Saakaşvilininin bu vəzifəyə təyin olunması Ukraynada böyük dəyişikliklərə və islahatlara ümid yaradıb.
Saakaşvilinin vəzifəyə gətirilməsi Ukraynada islahatlara ümid yaradıb.
“Zelenski hakimiyyətə gələrkən onun əsas seçkiqabağı təşviqatının ana xətti Ukraynada böyük dəyişikliklər idi. Son bir il ərzində müxtəlif sahələrdə yenilik və qanunvericilikdə dəyişikliklər müşahidə olunsa da, sadə vətəndaşlar gündəlik həyatlarında bu islahatları elə də yaxından hiss edə bilmirdilər.
Əvvəlcə baş nazirin köməkçisi vəzifəsinə təyin olunması gözlənilən Saakaşvili Parlamentin dəstəyini ala bilmədikdən sonra onun üçün yeni bir vəzifə düşündülər. Bu vəzifədə Saakaşvili birbaşa prezidentlə işləyəcək, eyni zamanda da onun imkanı olacaq ki, Nazirlər Kabinetinin iclaslarında prezidenti təmsil etsin. Bu da indi müəyyən qədər ölkədə dəyişikliyə və islahatlara ümid yaradıb.”
Siyasi iradə olarsa istənilən ölkədə islahatlarla uğur qazanmağın mümkün olduğunu vurğulayan iqtisadçı ekspert bildirib ki, Saakaşvilinin Gürcüstanda etdiyi köklü dəyişikliklər təcrübəsi və qətiyyəti eyni ssenarinin Ukraynada da baş verəcəyini mümkün edir. Ancaq hazırkı Ukrayna reallığın bunu çətinləşdirir.
Saakaşvilinin Gürcüstanda etdiyi köklü dəyişikliklər təcrübəsi və qətiyyəti eyni ssenarinin Ukraynada da baş verəcəyini mümkün edir.
“Saakaşvilinin Gürcüstanda etdiyi islahatlar bir növ yarımavtoritar bir şəraitdə keçirildi. Çünki, Saakaşvili ölkənin prezidenti idi, öz sözünü tam deyə biləcəyi bir parlament formalaşdırmışdı, eyni zamanda Gürcüstan da kiçik ölkədir. Gürcüstan kimi unitar bir ölkədə bunu həyata keçirmək çox asan idi.
Ukrayna isə ərazi baxımından çox böyükdür, ölkənin idarə edilməsi bir nöqtədə cəmləşməyib, həmçinin Gürcüstandan fərqli olaraq Ukraynada oliqarxlar var. Böyük biznes sahibləri olan bu insanlar hakimiyyət qollarına da təsir etmək imkanlarına sahibdir. Hətta hər bir partiyada onların millət vəkilləri var. Bütün bu problemlərin və maneələrin fonunda Saakaşvilinin köklü dəyişiklik etməyi çox çətin görünür.”
SEE ALSO: Mixeil Saakaşvili: "Ukrayna korrupsiya bataqlığını qurutmalıdır"Zöhrab İsmayıl onu da əlavə edib ki, Saakaşvilinin Ukraynada böyük siyasətə dönməsi və mühüm vəzifəyə təyin olunmasının Gürcüstan və Rusiyanı narahat etməsi anlaşılandır.
“Saakaşvilinin islahatlarla bağlı çox vacib bir vəzifəyə gətirilməsi ilk növbədə Gürcüstanın indiki maraqlarına uyğun deyil. Bu Saakaşvilinin yalnız Ukraynada deyil, həmçinin Gürcüstanda da güclənməsi deməkdir. Bu da hazırda böyük problemləri olan Gürcüstanın indiki hakimiyyətinin çox ciddi narahatlığına səbəb olur.
Rusiya keçmiş SSRİ ölkələrinin inkişafından, demokratikləşməsindən narahatdır.
Rusiya isə həm Saakaşvilinin personajından narahatdır, həm də Rusiya və Ukrayna hazırda rəqib ölkədir və Saakaşvilinin islahat addımları baş tutarsa, Ukrayna dəyişərsə bu Rusiya üçün böyük təhlükə yaradacaq.
Rusiyanı narahat edən əsas odur ki, onun ətrafındakı keçmiş SSRİ ölkələri dəyişməsin, demokratikləşməsin, və daim sosial-iqtisadi problemlər içində olsunlar. Beləcə Rusiya onlarla müqayisədə həm güclü görünsün, həm də güclü olsun.’’