Rüstəm İbrahimbəyov: Milli Şuranın dəstəklədiyi vahid namizəd prezident olacaq [Video]

Your browser doesn’t support HTML5

Tanınmış kinorejissorun Amerikanın Səsinə eksklüziv Skype müsahibəsi
Azərbaycan Ziyalılar Forumunun həmtəsisçsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Amerikanın Səsinə Skype müsahibəsində Vergilər Nazirliyində açılmış cinayət işi, yeni yaradılmış hərəkat, prezident seçkiləri, hakimiyyətin təzyiqləri və islahatların modelindən danışıb.

O, prezidentliyə vahid namizəd məsələsinə münasibət bildirib, “Siz vahid namizəd ola bilərsinizmi?” sualına cavab verib. Cənab İbrahimbəyov bundan sonra da bəyanatlarını açıq şəkildə verəcəyini bildirib.

Müsahibədən seçmələr:

- “Bu iqtidardan hər şey gözləmək olar. Bizdə nümunələr var ki, kiminsə cibinə nə isə atırlar, ya evindən patron tapırlar. Hər şey edə bilərlər, zəhərləyə bilərlər, avtomobil qəzasına sala bilərlər. Əllərindən hər şey gəlir, çox "bacarıqlı" adamlardırlar” ;

“Bizim təşəbbüsümüzlə Azərbaycanda yeni hərəkat yaranır. Onun adını şərti olaraq “Üçüncü qüvvə” qoyuruq.

- “Mənim 73 yaşım var. Çalışmışam həyatımı elə keçirim ki, camaatın qarşısına açıq üzlə çıxa bilim. Bu yolla da gedəcəm”;

- “Susmayacam, davam edəcəm. Bunun da səbəbi mənim taleyim deyil. Məsələ ondadır ki, ölkədə vəziyyət çox gərgindir. Dəyişikliklər olmasa, bu, partlayışa gətirəcək”;

- “2013-cü il seçkilərində yenə də çirkin üsullarla nətcələri saxtalaşdırsalar, seçkiləri uduzub saxtalaşdırsalar, partlayışa səbəb olacaq. Partılayış olsa isə Azərbaycanda vəziyyət Misirdə. Liviyada və Suriyadakı kimi gərgin olacaq. Bu, ölkəni 30-40 il geri atacaq”; ”

- “Vahid namizəd vacibdir, amma vahid proqram ondan da vacidbdir”;

- “Bizim təşəbbüsümüzlə Azərbaycanda yeni hərəkat yaranır. Onun adını şərti olaraq “Üçüncü qüvvə” qoyuruq”;

- “Ölkədə ictimai həyat canlanır. Camaat zəncir çeynəyir. Mənə elə gəlir ki, seçkilərdə iştirak edənlərin sayı 30-40 faiz artacaq. Bunlar yeni elektoratdır. Qabaq seçkilərdə iştirak edənlər iqtidar və müxalifətə bölünüb. Bu yeni elektorat bizə çox maraqlıdır. Biz bu elektorata müraciət edəcəyik, onların dəstəyini axtaracağıq”;

Vahid namizəd vacibdir, amma vahid proqram ondan da vacidbdir.

- ”Biz çalışacağıq ki, Milli Şura kimi yeni bir orqan yaradaq və orada bütün demokratik, proqressiv qüvvələri yığaq. Bu, müxalifət partiyalarının, QHT-lərin, görkəmli ziyalıların təmsil olunduğu 50 nəfərlik Milli Şura olacaq. Şura prezidentliyə vahid namizədi müəyyən edəcək. Belə fikir var ki, irəli sürülən vahid namizəd uzun müddətli president olmasın, keçid dövrününü prezidenti olsun. Bu bir-iki illik keçid dövründəkı ölkədə mühüm islahatlar aparılmalı, yeni parlament seçilməlidir. Bundan sonra yenidən dünya səviyyəsində demokratik prezident seçkiləri keçirilməlidir. Keçid dövrünün prezidenti yenidən namizədliyini irəli sürməməlidir”;

Bu, müxalifət partiyalarının, QHT-lərin, görkəmli ziyalıların təmsil olunduğu 50 nəfərlik Milli Şura olacaq. Şura prezidentliyə vahid namizədi müəyyən edəcək.

- “Mən prezidentliyə namizəd olmayacağam. Ziyalılar Forumu burada iştirak etməyəcək, yalnız dəstək verəcək. Biz siyasətdə iştirak edirik, amma siyasi iddialarımız yoxdur ”;

- “Vergilər Nazirliyinin qaldırdığı cinayət işi süni ittihamdır. Ortada sənədlər var”;

- “Milyarderlər Klubu” işləyəcək. Bu klubu ləğv etmək qeyri-mümkündür”;

- “Hazırda konkret ad çəkə bilmərəm. Ümidvaram ki, Milli Şura tərəfindən irəli sürülən, demokratik qüvvələrin dəstəklədiyi vahid namizəd seçkiləri udacaq”;