Vladimir Putinin yenidən altı il müddətinə ölkə prezidenti seçilməsindən sonra Rusiyada demokratik hərəkat özünə yeni istiqamətlər axtarır.
Tanınmış tele-aparıcı, hazırda siyasi fəal Kseniya Sobçak Moksvada nümayişçilər qarşısında çıxış edərək deyib ki, demokratik hərəkatın müsbət məqsədləri olmalıdır. Kseniya Sobçak: “Biz nəyə qarşı olduğumuzu bilirik. Biz göstərməliyik ki, hüququ islahatlar, müstəqil media və geniş siyasi islahatlar tərəfdarıyıq. Biz nəyə tərəfdar olduğumuzu göstərməsək, bu mübarizənin mənası olmayacaq.”
Martın 4-ü keçirilmiş seçkilərdə milyardçı biznesmen Mixail Proxorov Moskvanın mərkəzində cənab Putindən daha çox səs alıb. Bu həftə Proxorov yeni siyasi partiya yaradacağını bildirib.
Təşkilatçı Andrey Xoroşilov partiyaya hərəkatı izləyən vətəndaşların rəyinin nəticəsi kimi baxır. Andrey Xoroşilov: “Müşahidəçilər bu prosesdə ilk mərhələdir. Növbəti addım xalqın partiyasının yaradılmasıdır. Havalar da isinir. İnsanların gəlib öz fikirlərini söyləyəcəklərinə inanıram.”
20 yaşlı tələbə Asya Şvedkova deyir ki, universitet tələbələri arasında siyasətə yeni bir maraq yaranıb. Asya Şvedkova: “Biz nə dəyişdirə biləcəyimiz haqda danışıb bunun haqda düşünürk. Buna görə də buradayıq.”
Putin əleyhinə koalisiyada artıq ekstremist qüvvələr azalmaqdadır. Keçən həftə şənbə günü keçirilmiş nümayişdə millətçilərin qara və kommunistlərin qırmızı bayraqları görünmürdü.
Sol Cəbhə qrupunun lideri Sergey Udaltsov cənba Putinin inaqurasiyasına etiraz etmək üçün milyonların yürüşünə çağırıb.
Sonra o, hərəkatdan ayrılanların yürüşünü keçirib və sonrada həbs edilmişdir. Bir neçə saatdan sonra liberal hərəkatın liderləri Udaltsovdan ayrıldılar.
Orta sinfin dəstəyini qazanmaq istəyən liberallar bu yazda inqilab deyil, Rusiyada islahatlar üzərində işləyəcəklərini deyirlər.