Rusiyanın Baş naziri Vladimir Putin ölkənin şimalından Şimal Axını kəməri ilə təbii qazın bu həftə birbaşa Almaniyaya nəql ediləcəyini deyib. Baltik dənizindən keçən Şimal Axını kəməri Ukraynanı ötərək Rusiyanın şimal-qərbində Vıborq şəhərindən Almaniyanın Qrifsvald şəhərinə gedir. Moskva və Kiyev arasında Ukraynada kəmərlər vasitərilə Avropa ölkələrinə çatdırılan qazın qiymətilə bağlı dəfələrlə mübahisələr baş verbi. 2009-cu ildə iki ölkə arasında təbii qazın nəqli ətrafında gedən mübahisə nəticəsində qərbi Avropa ölkələrinin böyük hissəsi qış mövsümü istiliksiz qalmışdı. Şimal Axını qoşa kəmər sistemindən ibarətdir. Cənab Putinin qeyd etdiyi birinci xətlə ildə 27 milyard kubmetr qazın nəql ediləcəyini gözlənilir.