Rusiyanın yeni müstəqil siyasi düşüncəsi Moskva ilə məhdudlaşmır (VİDEO)

Rusiyanın yeni müstəqil siyasi düşüncəsi Moskva ilə məhdudlaşmır (VİDEO)

Kremlin siyasi strategiya müəyyən edənləri iddia edir ki, Rusiyanın yeni müstəqil siyasi düşüncəsi yalnız Moskva intelektualları ilə məhdudlaşır. Amerikanın səsinin əməkdaşı Ceyms Bruk buna aydınlıq gətirmək üçün Moskvadan 2 min kilometr şərqə Sibirə gedərək oradakı insanların seçkilər və demokratiya barədə fikirlərini öyrənib.

Pavel Smolin Ural dağlarında turistləri it qoşqusu ilə meşələrdə gəzdirir.

Ancaq hətta burada da Vladimir Putinin 12 illik hakimiyyəti haqda qarışıq səslər eşidilir.

Hazırda problemimiz yoxdur. Amma, misal üçün, mən bir ildən sonra təqaüdə çıxacam. Pensiyalar çox deyil. Ona görə gərək mən yenə itlərlə işləməyə davam edim. Ən azından bu mənim səhhətim üçün yaxşıdır.

Yaxınlıqda - regionun paytaxtı Yekaterinburq dekabr ayında keçirilən parlament seçkilərindən baş nazir Vladimir Putinin hakim Vahid Rusiya partiyasının məğlub olduğu yeganə böyük şəhər idi.

Georgi Perski dekabr ayında qalib gələn müxalif Ədalətli Rusiya partiyasını təmsil edir. O deyir ki, Rusiyanın yeni müstəqil düşüncəsi yalnız Moskva ilə məhdudlaşmır: “İnsanların kütləvi şəkildə hakim partiyaya inamı itib. Mən yenidən vurğulayıram, burada insanlar azadlıqsevər, azad düşüncəli və administrativ resurslardan daha az asılıdır”.

Hətta müxalifəti buradan qalib gəlməsinə baxmayaraq, regionda 3 etiraz aksiyası keçirilib və bu nümayiş youtube-a yerləşdirilib. İnsanlar Rusiya boyu genişmiqyaslı saxtakarlıqlara qəzəblidirlər.

Şəhər Şurasının müstəqil üzvü Leonid Volkov deyir ki, fevral ayının 4-ü şəhərdə 4-cü aksiya keçirilir: “Biz ədalətli seçkilərdə qalib gəldik. Vahid Rusiyanı bərəbarə mübarizə şəraitində məğlub etdik, ancaq bu qalibiyyət Moskva, Tatarıstan, Mordoviya, Çeçenistan, Dağıstan, Kyemerov və başqa regionlarda saxtakarlıq yolu ilə bizim əlimizdən alındı. O regionlarda seçicilər ədalətli seçkini və siyasi mübarizə mədəniyyətini unudub”.

Ancaq Volkov və başqaları deyir ki, onlar inqilab yox, islahat istəyirlər.

Bununla yanaşı, dövlət şirkəti Yekaterinburqun mərkəzi kilsəsinin qarşısında “Stabil Gələcək Uğrunda” şüarı ilə böyük lövhə yerləşdirib.

Cənab Putin mart ayının 4-də keçiriləcək prezident seçkilərində iştirak edəcək və regional qubernatorun müavini Anatoli Qredin deyir ki, başlıca məsələ stabillikdir: “Bütün prezidentlər üçün əsas şüar sabir cəmiyyət və Rusiyanın daha da inkişaf etməsidir. Başqa partiyalar dəyişikliklərə və ya millətçiliyə çağırır. Bu, 180 dərəcə dönmədir. Hazırda geriyə dönmək vaxtı deyil”.

“Sabitlik” keçən həftə şəhərdə keçirilən hökumət tərəfdarı nümayişdə əsas şüar olub.

Tənqidçilər deyir ki, zavod, fabrik rəhbərləri Kremlin məqsədinə çatması üçün işçiləri bu yürüşə göndərib və bu işçi sinfin dəstəyini nümayiş etdirib.

Nümayişdə olan jurnalistlər deyir ki, iştirakçılar şəhərə avtobuslarla gətirilib.

Şəhər şurasının üzvü Volkovun sözlərinə görə, Kreml ümid edir ki, seçki öncəsi televizora baxanlar işçi sinfin cənab Putini dəstəklədiyini düşünəcək.