Accessibility links

ATƏT Rusiya Ali Məhkəməsinin ifadə azadlığı haqda qərarlarını alqışladı


ATƏT Rusiya Ali Məhkəməsinin ifadə azadlığı haqda qərarlarını alqışladı
ATƏT Rusiya Ali Məhkəməsinin ifadə azadlığı haqda qərarlarını alqışladı

ATƏT-in media azadlıqları üzrə təmsilçisi Dunya Miyatoviç ötən həftə Rusiya Ali Məhkəməsinin ictimai debatın qorunmasına yönəlik ekstremizm və terrorizmə dair iki qərarını alqışlayıb.

“Ali Məhkəmənin qərarları vurğulayır ki, terrorizm və zorakı ekstremizmə qarşı mübarizə legitim olsa da, biz həmçinin xatırlamalıyıq ki, azad media və ifadə olmadan təhlükəsizlik ola bilməz,” deyə Miyatoviç bildirib. “İctimai debata töhfələrinə göə media kriminallaşdırılmamalıdır. Əksinə, terrozimin təhlükəsi barədə ictimaiyyəti məlumatlandırmaqda media həlledici rol oynaya bilər.”

2011-ci il yanvarın 28-də qəbul edilmiş “Cinayət İşlərinə və İfrat Xarakterli Cinayətlərə dair Ədliyyə Praktikası” adlı qərar hakimlərə təlimat verir ki, bu növ cinayətləri mühakimə edərkən həm milli təhlükəsizlik həm də insan haqları, o cümlədən fərdlərin və ya qrupların ləyaqətlərinə toxunmamaq şərtilə siyasi diskussiyalarda iştirak etmək azadlığı nəzərdə saxlanmalıdır. Məhkəmə hesab edir ki, bu növ diskussiyalar nifrət ifadəsi kateqoriyasına daxil deyil.

Fevralın 9-da qəbul edilmiş “Terror Mahiyyətli Cinayət Məsələlərinə dair Ədliyyə Praktikası Haqda” adlanan ikinci qərar oxşar qaydada təsbit edir ki, bu növ cinayətlərin qarşısının alınması qanun aliliyi və demokratik dəyərlər, o cümlədən insan haqları, fundamental azadlıqlar və beynəlxalq hüququn müvafiq müddəaları çərçivəsində həyata keçirilməlidir.

“Ali Məhkəmənin 2010-cu ildə media qanununa dair iki qərarı ilə yanaşı bu qərarlar, əgər məhkəmə praktikasında onlara riayət olunarsa, Rusiyada ictimai debata sərbəstləşdirici təsir göstərəcək,” deyə Miyatoviç bildirib.

Bu arada Rusiya baş naziri Vladimir Putin İngiltərədə “Hayd Park” adlanan məkana oxşar köşk yaradılmasını təklif edib. “Avropadakı qonşularımızın təcrübəsindən bəhrələnərək şəhərin layiqli yerində elə bir məkan yaratmaq lazımdır ki, vətəndaşlar istədikləri mövzuda öz fikirlərini ifadə edə bilsinlər,” deyə Putin Rusiyada universitet rektorları ilə görüşündə bəyan edib.

2009-cu ildə Moskvada Hayd Park yaradılması təklifi ilə o zamankı mer Yuri Lujkov çıxış etmişdi.

Müxalifət tərəfdarları o zaman bu ideyanın əleyhinə çıxaraq hökumət məmurlarını Konstitutsiyaya əməl etməyə və müxalifətin paytaxt mərkəzində nümayişlər keçirməsinə əngəl törətməməyə çağırmışdlar.

Ali Məhkəmə qərarlarının mətni ilə bu linkləri tıklamaqla tanış ola bilərsiniz:

http://supcourt.ru/Show_pdf.php?Id=7315
http://supcourt.ru/Show_pdf.php?Id=7695

XS
SM
MD
LG