Rusiyanın Fobos-Qrunt Mars probu Yerə düşəcək

  • Amerikanın səsi

Rusiyanın Fobos-Qrunt Mars probu Yerə düşəcək

Rusiyanın Fobos-Qrunt Mars fəza gəmisi problemlə üzləşib və orbitə daxil ola bilməyib. Gəmi bazar günü Yerə dəyə bilər. Noyabr ayında kosmosa uçan 13.2 ton ağırlığında gəmi Yer kürəsinin atmosferindən çıxa bilməyib.

Rusiya fəza mütəxəssisləri gəminin qalıqlarının Yer Kürəsinin hansı hissəsinə düşəcəyindən əmin deyil. Onların fərziyyəsinə görə gəminin 20 və ya 30 ədəd qalığı yerə düşə bilər. Fəza gəmisinin qalıqlarının tərkibində radioaktiv maddələrin olacağı ehtimal edilir. Lakin Rusiya fəza agentliyi bu materialların sağlamlığa zərər vurmayacağını deyir.

Bu arada Rusiya fəza proqramının rəhbərliyi gəminin uğursuzluqla nəticələnməsinin arxasında xarici qüvvələrin ola biləcəyini deyib. Roskosmos fəza agentliyinin sədri Vladimir Popovkin İzvestiya qəzetinə bildirib ki, müasir texnologiya xarici müdaxiləyə imkan verir.