Rusiya karqo fəza gəmisi bu gün erkən Beynəlxalq Fəza Stansiyasına çatıb.
Rusiyanın Missiyaya Nəzarət Mərkəzi bildirir ki, Proqress cümə axşamı baykonur fəza mərkəzindən kosmosa qalxıb.
Karqo fəza gəmisi Yer kürəsini orbit edən stansiyada çalışan altı nəfərlik beynəlxalq ekipaja su, yanacaq, ərzaq və elmi ləvazimat aparır.
Ötən avqustda Rusiya Beynəlxalq Fəza Stansiyasına uçuşlar Proqress karqosunu aparan Soyuz raketi səmaya qalxarkən qəzaya uğradıqdan sonra təxirə salınmışdı.
Rəsmilər insidentin səbəbini Rusiya fəza agentliyinin əməkdşlarının səhlənkarlığı ilə izah etmişdilər.