Rusiyaya məxsus karqo fəza gəmisi Beynəlxalq Fəza Stansiyasına yola düşüb. Rusiya Missiyaya Nəzarət Mərkəzi bildirib ki, Progress M-14M bu gün səhər erkən Qazaxıstandakı Baykonur fəza mərkəzindən kosmosa qalxıb. Gəmi fəza stansiyasında üç rus, iki amerikalı və bir holland kosmonavtından ibarət altı nəfər ekipaj üzvünə su, yanacaq, ərzaq və elmi avadanlıq aparır. Proqress fəza gəmisinin şənbə günü Beynəlxalq Fəza Stansiyasına çatacağı ehtimal edilir.