İran Rusiyanın Avropa İttifaqı Şurasının Transxəzər qaz kəməri layihəsinin inşasında iştirakını nəzərdə tutan qərarına qarşı neqativ münasibətini bölüşür. ANSPRESS Agentliyinin məlumatına görə, bu barədə İranın Moskva səfirliyinin açıqlamasında qeyd edilib.
Bazar ertəsi günü Avropa İttifaqı (Aİ), Azərbaycan və Türkmənistan arasında Transxəzər qaz kəmərinin tikintisinə dair danışıqların aparılmasına dair mandatı təqdim edib. Tehran və Moskva hesab edir ki, qaz kəmərinin inşası Xəzərin ətraf mühitinə ziyan vura bilər. Lakin, tərəflər digər su mənbələrində (məsələn, Qara dənizdə "Mavi axın") inşa etdikləri nəhəng qaz kəmərləri sistemlərini xatırlatmayıb.
Qeyd edək ki, Aİ Azərbaycan və Türkmənistanla danışıqlar çərcivəsində tərəflərin hüquqi öhdəliklərin ifadə edilməsi barədə razılaşmanı, Azərbaycan və Türkmənistana Transxəzər kəmərinin tikintisi və istismarı üçün lazım olan ikitərəfli razılaşmaları, eləcə də borunun Türkmənistan qazı ilə doldurulması məsələsinə dair hüquqi bazanı, o cümlədən kommersiya razılaşmalarının qəbulu məsələlərini müzakirə etmək niyyətindədir.
300 kilometrə yaxın uzunluğu olacaq Transxəzər qaz kəmərinin Xəzərin Türkmənistan sahilindən Azərbaycan sahilinə kimi uzadılması planlaşdırılır. Burada o, "Cənub qaz dəhlizi"nə qoşulacaq. Türkmənistanın adıçəkilən qaz kəmərinin inşasına dair Avropa ittifaqı və digər ölkələrlə danışıqları 90-cı ilin sonundan başlayıb.