Rusiyada hakim ölkənin yeganə müstəqil seçki monitorinq təşkilatını seçicilərin şikayətlərini internetdə yerləşdirdiyinə görə cəzalandırıb. Moskva məhkəməsi Qolos adlı qrupu seçki pozuntularını sənədləşdirdiyinə görə 1000 dollar cərimələyib. Qolos qrupu SMS, email və telefon vasitəsilə seçicilərdən 5000-ə yaxın şikayət aldığını deyir. Qurumun ictimai əlaqələr üzrə meneceri Dmitri Merejko Amerikanın Səsinə bildirib ki, məhkəmə qərarı qurumun fəaliyyətini dayandırmayacaq.