Rusiya Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşır. Rusiyanın baş nazirinin müavini İqor Şuvalov bildirib ki, ölkəsi səylərinin nəticəsi olaraq ilin sonunda quruma üzv ola bilər.
Bazar ertəsi Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşən Şuvalov üzvlük məsələsini müzakirə etmişdi. Bayden ofisinin bəyanatında Amerikanın Rusiyanın üzvlük səylərini dəstəklədiyi bildirilmişdi.
Rusiya artıq 18 ildir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmağa çalışır.