Bakıda Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında iqtisadi əməkdaşlıq haqqında 4 saziş imzalanıb.
APA Agentliyinin məlumatına görə, Azərbaycan və Rusiyanın İnquşetiya, Qaraçay-Çərkəs və Dağıstan Muxtar Respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə çərçivə sazişləri, Sumqayıt və Nevinomıssk şəhərləri arasında isə qardaşlaşma haqqında saziş bağlanıb.
Qeyd edək ki, imzalanma Rusiya baş nazirinin müavini, dövlət başçısının Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin Azərbaycana səfəri çərçivəsində baş verib. Səfər zamanı cənab Xloponini Şimali Qafqaz respublikalarını təmsil edən rəsmilər və işgüzar dairələrin nümayəndələri müşayiət edir. Rusiya nümayəndə heyətinin Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcəyi və ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə edəcəyi, habelə ikitərəfli biznes-forumun keçirilməsi nəzərdə tutulur.
Həmçinin, Azərbaycan və Çeçenistan arasında iqtisadi əməkdaşlıq üzrə saziş layihəsi də imzalanmaq üçün hazırlanıb və onun yaxın vaxtlarda imzalanması gözlənilir.
Azərbaycan və Rusiyanın İnquşetiya, Qaraçay-Çərkəs və Dağıstan Muxtar Respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə çərçivə sazişləri, Sumqayıt və Nevinomıssk şəhərləri arasında isə qardaşlaşma haqqında saziş bağlanıb.