Rusiya Kosovonun şimalındakı serblərə yardım çatdırır

  • Amerikanın səsi

Rusiya Kosovonun şimalındakı serblərə yardım çatdırır

Rusiya 4 günlük qarşıdurmaya son qoyulduqdan sonra Kosovonun şimalındakı serblərə yardım çatdırır. 25 yük maşını Avropa İttifaqı polisinin müşayiəti ilə bu gün Jarinje sərhəd məntəqəsini keçib. Maşın karvanı Moskvanın dəstəklədiyi serblərlə 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosovo arasındakı münaqişəyə görə bölgəyə çata bilməmişdi. Ruslar kosovoluların nəzarəti altında olan sərhəd bölgələrdən keçmək istəmirdi.

The Associated Pres-in bildirdiyinə görə, minlərlə serb Mitrovitsaya çatan yardımı qarşılamağa çıxıb. Rusiyanın Serbiyadakı səfiri serblərin dini rəhbərinə Pravoslav ikonası bağışlayıb.

Belqradla Kosovo arasında münaqişə Serbiyanın Avropa İttifaqına üzvlük şansını təxirə salıb.